irəlisini-gerisini düşünmədən (bir anda, o saat)

with a stroke of the pen одним (единым) росчерком пера (не вникая в суть дела, поспешно, простой подписью под приказом)
irəliləyiş
irəliyə baxmaq
OBASTAN VİKİ
Anda
Joannesia (lat. Joannesia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi. Anda A.Juss. Andicus Vell. Andiscus Vell. Joannesia heveoides Ducke Joannesia princeps Vell.
Ölümünə bir saat qalmış
Ölümünə bir saat qalmış — 1916-cı ildə çəkilmiş tammetrajlı bədii film. Film məhkəmə xronikasından ibarət əhvalatdır. Quruluşçu rejissor: Boris Svetlov Quruluşçu operator: Qriqori Lemberq Yevgeni Muromski A.İvanova A.Polonski Regina Lazareva V.Lenin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 14. Художественные фильмы дореволюционной России.
Saat
Saat — bir sutkadan az olan müddətdə verilmiş vaxt anını və ya vaxt parçasını ölçmək üçün istifadə edilən cihazdır. Saatların əsas tətbiq sahəsi gün ərzində zaman intervalında oriyentasiya yaratmaqdır. Saatların köməyi ilə işləri planlaşdırmaq, müxtəlif hadisələrin uzunluğunu ölçmək, vaxt fərqini təyin etmək mümkündür. İlk dəfə qədim misirlilər və çinlilər, yunanlar günəşin hər gün müntəzəm bir hərəkətlə doğub, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olub batdığını müşahidə etdilər və bunun bir günü zaman hissələrinə bölməkdə istifadə edilə biləcəyini kəşf etdilər. Beləliklə, günəşin bu hərəkətindən yararlanaraq ilk günəş saatını düzəltdilər. Bu saat, meydanlıq bir yerə yüksək bir daş qoymaq və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməkdən ibarət idi. Misir, vəziyyəti etibarilə şimal yarımkürədə ancaq ekvatora yaxın bir ölkə olduğuna görə, günəş çıxanda, kölgə dərhal qərbdə meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş batanda şərq yönünə çatırdı. Daha sonralar, çarxlı, batareyalı saatlarda da istiqamət dəyişmədi, hətta sağa doğru fırlanma "saat istiqamətinə dönmə" kimi də adlandırıldı. Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, günəş doğarkən daşın kölgəsi cənuba düşər və günəş yüksəldikcə sola doğru dönməyə başlayar. İlk saat orada kəşf edilsəydi, bu gün əqrəb və yelqovan əks istiqamətdə hərəkət edə bilərdi.
Geza Anda
Geza Anda (19 noyabr 1921[…], Budapeşt – 13 iyun 1976[…], Sürix) — İsveçrə pianoçusu, pedaqoq, dirijor Geza Anda mənşəcə macardır. Budapeştdəki F. List adına Akademiyanı bitirmişdir (E. fon Donanyinin sinfini). İlk səhnə çıxışı 1942-ci ildə olmuşdur. 1943-cü ildən İsveçrədə yaşamışdır. 1947-ci ildən geniş konsert proqramı ilə çıxışlar etmişdir (əsasən, Avropada). Musiqi tarixində ilk dəfə B. Bartok və V.A. Motsartın bütün konsertlərini qrammofon valına yazdırmışdır. G. Anda ifasına yüksək texnika, zövq, mahir ustalıq, incə duyum xas idi. Zalsburqda, Lüsernada və Sürixdə ustad dərsləri aparırdı. Londondakı Kral Musiqi Akademiyasının fəxri üzvü olmuşdur. Onun adına fond (1978-ci ildə) təsis edilmişdir.
Anda (dəqiqləşdirmə)
Anda
O
Latın qrafikalı Azərbaycan əlifbasında 20-ci hərf, 9 saitdən biri. O saiti qalın, dodaqlanan və açıq saitdir. Oksigen elementi böyük o (O) hərfi ilə işarə olunur.
Ölümünə bir saat qalmış (film, 1916)
Ölümünə bir saat qalmış — 1916-cı ildə çəkilmiş tammetrajlı bədii film. Film məhkəmə xronikasından ibarət əhvalatdır. Quruluşçu rejissor: Boris Svetlov Quruluşçu operator: Qriqori Lemberq Yevgeni Muromski A.İvanova A.Polonski Regina Lazareva V.Lenin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 14. Художественные фильмы дореволюционной России.
Hər şey hər yerdə və bir anda
Hər şey hər yerdə və bir anda (ing. Everything Everywhere All at Once) — ABŞ istehsalı müstəqil film.
Bir
Bir — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Saymağa birdən başlayırıq. Bir ikidən əvvəl gəlir. == Riyaziyyatda == Bir ədədi riyaziyyatda bir çox hallarda vahid adlanır. Vahidin aşağıdakı xassələri var: İstənilən ədədi vahidə vurduqda həmin ədəd özü alınar. Vahidi istənilən ədədə vurduqda həmin ədəd özü alınar. İstənilən ədədi vahidə böldükdə həmin ədəd özü alınar. Vahid tək ədəd hesab edilir. 1 ədədi nə sadə ədəd, nə də ki, mürəkkəb ədəddir. == İnam və etiqadlarda == Mənəvi və maddi mədəniyyətin tərkib hissələrindən bilinən ümumsay kompleksində həm də "tək", "vahid" adları daşıyan çoxmənalı bir sayı mifoloji dünya modelində "Tanrı", "Kosmos" anlayışı ilə hər hansı hadisə və işin, əşyanın ilkliyi, başlanğıcı təsəvvürünü yaratmaqla düşüncəyə, məişətə daxil olmuşdur.
Anda (Ahalsıx bələdiyyəsi)
Anda — Tiflis quberniyasının Axalsix qəzasında (indi Axalsix rayonunda) kənd.. Şimali Qafqazda Anttübə (Anttəpə) təpə adı ilə mənaca eynidir. Qədim türk dillərində anta, anda, andi "izləmək", "keşik çəkmək" sözündəndir. Anta, anda dedikdə qaraulxana (qaroul - monqol sözüdür) nəzərdə tutulur. Qaraul keçmişdə antalar (andalar) müəyyən bir ölkənin, əyalətin, elin (tayfanın) məskunlaşdığı ərazinin sərhədlərində gecələr keşikçilərin durduğu təpə yerlər idi. Keşikçi məntəqələri adlarındandır.
Anda (Axalsıx bələdiyyəsi)
Anda — Tiflis quberniyasının Axalsix qəzasında (indi Axalsix rayonunda) kənd.. == Toponimkası == Şimali Qafqazda Anttübə (Anttəpə) təpə adı ilə mənaca eynidir. Qədim türk dillərində anta, anda, andi "izləmək", "keşik çəkmək" sözündəndir. Anta, anda dedikdə qaraulxana (qaroul - monqol sözüdür) nəzərdə tutulur. Qaraul keçmişdə antalar (andalar) müəyyən bir ölkənin, əyalətin, elin (tayfanın) məskunlaşdığı ərazinin sərhədlərində gecələr keşikçilərin durduğu təpə yerlər idi. Keşikçi məntəqələri adlarındandır.
Kilovatt-saat
Kilovatt-saat (kVt • saat) — elektroenergetikada hasil olunan elektrik enerjisinin və eləcə də məişətdə, təsərrüfatda sərf olunan elektrik enerjisinin miqdarını müəyyən etmək üçün müəyyən edilmiş ölçü vahidi. 1 k V t ⋅ s a a t = ( 3600 s a n . ) [ k V t ] = 3600 [ s a n . ] [ k J s ] = 3600 k i l o c o u l ( k J ) = 3.6 m e q a c o u l ( M J ) {\displaystyle \mathrm {1kVt\cdot saat} =(3600\,\mathrm {san.} )\lbrack \mathrm {kVt} \rbrack =3600\,\lbrack \mathrm {san.} \rbrack {\Bigg \lbrack }{\frac {\mathrm {kJ} }{\mathrm {s} }}{\Bigg \rbrack }=3600\,\mathrm {kilocoul(kJ)} =3.6\,\mathrm {meqacoul(MJ)} } Kilovatt-saat dedikdə bir saat ərzində istifadə olunan enerjinin miqdarı nəzərdə tutulur. 20 Vatt gücə malik notbuk 50 saat; 200 Vatt gücə malik notbuk 5 saat; 140 Vatt gücə malik televizor 7 saat işləmə imkanına malikdir. 65 Vatt gücə malik müasir televizor aparatı 15 saat işləmə imkanına malikdir. 2400 Vatt gücə malik tozsovuran aparatı 25 dəqiqə işləmə imkanına malikdir. 1400 Vatt gücə malik fen aparatı 45 dəqiqə çalışma imkanına malikdir. 1kVt • saat enerji ilə 80 kq çəkiyə malik insan 10 km məsafə qət edə bilir (1 kcal = 4,184 kJ = 4184 kVt • san = 1,162 kVt • saat). 10 kWh enerji hasil etmək üçün 1 m³ təbi qaz, 1 l neft, 1 l benzin, 1 kg kömür, 2 kg odun 10 saat 1 m² səthə düşən günəş şüası tələb olunur.
Mavi saat
Mavi saat (Fransızca: l'heure bleue), günəş doğmazdan və günəş batmazdan əvvəl, gündüz və gecə arasındakı dövrdə demək olar ki, bütün səmanın mavi rəng ilə dolu olduğu alatoranlıq. Rayleighin səpilməsi təsirindən yaranır. Qızıl saat (İngiliscə: Magic hour/Golden hour (Sehrli saat/Qızıl saat)) ilə keyfiyyətli bir işıq mühiti yaratdığından bu rəng xüsusilə fotoqraflar tərəfindən seçilir. Ancaq “Mavi saat”ın heç bir sahədə rəsmi tərifi yoxdur. “Mavi saat” vaxtı səhər və axşam təxminən 20 dəqiqə davam edir və qırmızı şüaların kosmosa doğru geriyə çəkilərkən mavi işıqların atmosferə səpələnməsi nəticəsində baş verir. Günəş üfüqdə 4 ilə 8 dərəcə olduqda, mavi işıq spektrları daha aydın olur. Hər cəhətdən vizual bir ziyafət yaradan və insanlara estetik zövq verən bu təbiət hadisəsi bir çox sənətçi və musiqi qruplarını ilhamlandırmışdır. İçində Mavi saat keçən bəzi mahnılar: Vanessa Daou - This Blue Hour Roy Orbison - When the Blue Hour Comes Turin Brakes - Blue Hour Stephen Cummings - Blue Hour Rod Webber - Blue Hour Andreas Vollenweider - Chanson de l'Heure Bleue (Song of the Blue Hour) Christian Death - The Blue Hour Raise the Dragon - The Blue Hour Vika and Linda - The Blue Hour Nina Gordon - The Blue Hour Division Kent - L'Heure Bleue Yasmine - Uur blauw Faun - Blaue Stunde Fotoqrafiyada, xüsusən də memarlıq fotolarında, mühit işığında xüsusi bir keyfiyyət yaradan bu zaman binalar və səma arasında gözəl bir kontrast uyğunluğu yaradır. Göy qaranlıqlaşdıqda, binaların konturları qeyri-müəyyən olur, görüntünü təhrif edir, ancaq Mavi saatda sərhədlər və kənarlar aydın qalır, fotonu daha cəlbedici edir. Günün bu hissəsində işıq dərinin daha yaxşı görünməsinə səbəb olan isti bir kölgə də yaradır.
Qızıl saat
Qızıl saat və ya sehrli saat; fotoqrafiyada istifadə edilən şəkil çəkməzdən əvvəl istifadə olunan havanın sarımtıl rənginə verilən addır. Günün bu saatı Günəşin batması ilə qaranlıq arasındakı zamana uyğundur. Başqa bir tərif verilmiş olarsa, günəşin üfüqdən altı dərəcə aşağı olmasıdır. Bundan əlavə, kölgələr bu zamanda uzanır. Saat sözü istifadə olunsa da, qızıl saatın həqiqətən altmış dəqiqə davam etməsi demək deyil. Ekvatora yaxın yerlər üçün günəşin sürətlə hərəkət etməsi səbəbindən bu müddət daha qısadır, lakin qütb dairələrində olan bölgələrdə Qızıl Saat nəzəri olaraq bütün gün davam edə bilər.
Saat (Amerikalılar)
Pilot (ing. Pilot) — Amerikalılar teleserialının 1-ci mövsümünün 2-ci seriyasıdı. 6 fevral 2013-cü ildə ABŞ-nin FX kanalında yayımlanmışdı. Seriyanın senaristi Co Uayzberq, rejissoru isə Adam Arkindir. "Saat" Nielsen Media Research-un məlumatına görə ABŞ-də 1.97 milyon nəfər tərəfindən izlənmiş və 18-49 yaş arası 0.8 reytinq qazanmışdı.
Saat (bürc)
Saat (lat. Horologium) — göyün cənub yarımkürəsində bürc.
Saat (şahmat)
Şahmat saatı — şahmat yarışlarında vaxtı ölçən cihaz. Mançester şahmat klubunun üzvü Tomas Brayt Uilsonun kəşf etdiyi şahmat saatlarından ilk dəfə 1883-cü ildə keçirilmiş beynəlxalq şahmat turnirində istifadə olunmuşdur. Bu, şahmat görüşlərinin daha maraqlı və gərgin mübarizə şəraitində keçməsinə səbəb olmuşdur. Əvvəllər görüşlər saatın nəzarəti olmadan keçirildiyi üçün çox çəkirdi. Bəzi şahmatçılar rəqiblərinin saatlarla fikirləşməsinə tab gətirmirdilər. Hətta ingilis şahmatçısı Staunton həmvətənlisi Vilyamla görüşərkən hesabda irəli çıxsa da (6:2), hər bir gediş üzərində rəqibin saatlarla fikirləşməsinə dözməyərək, matçda təslim olduğunu bildirmişdir. 1851-ci ildə Londonda keçirilmiş birinci beynəlxalq turnirin qaydalarında dəyişikliklər edildi. Belə ki, şahmat stollarının yanında xüsusi nəzarətçilər əyləşərək, görüş zamanı baş verən hadisələri qeydə alırdılar. Bəzən rəqiblər yuxuya getdikləri üçün görüşlər yarımçıq qalırdı. Sonralar Nürnberqdə keçirilmiş beynəlxalq turnirdə çox fikirləşən şahmatçıları cərimə etmək qərara alındı.
Saat Qabağı
Saat Qabağı — Təbrizin ən önəmli meydanının adıdır və qədim zaman oraya Milli Məclis deyərmişlər, amma indi bələdiyyə tikintisidir.
Saat dairəsi
Ulduzlar hər an səmavi kürə üzərində bir paralel tuşunda çönməkdədirlər. paralel tüşünda çönməkdə olan ulduz hər an bir meridian üzərində dir ki bu meridian səmavi kürənin oxunu qapsayıb bir dairə təşkil edir. bu dairəyə astronomiya geodeziyasında saat dairəsi adlanır.
Saat pavilyonu
Saat pavilyonu (fr. Pavillon de l'Horloge) —Parisdə yerləşən Luvr sarayının bir hissəsi olmaqla həm də Sülli pavilyonu kimi tanınan tarixi pavilyon. Tikili Karre həyətinin qərb qanadının mərkəzində yerləşir. Hazırda Saat pavilyonu və Sülli pabilyonu adları Karre həyətinin qərb və şər qanadlarındakı iki fərqli pavilyona aid edilir. Saat pavilyonunun inşasına XIII Lüdovikin sifarişi ilə 1624-cü ildə köhnə Lesko qanadının şimal tərəfində başlanılmış, XIV Lüdövikin hakimiyyəti dövrünə təsadüf edən 1654-cü ildə isə inşaat tamamlanmışdır. Məşhur kvadrat formalı günbəzə malik olan tikili parisli memar Jak Lemersye (1585–1654) tərəfindən dizayn edilmişdir. Pavilyonun adı sonradan onun fasadına quraşdırılmış saatdan (fr. horloge) qaynaqlanmışdır. Pavilyonun yuxarı hissəsi kariatidalarla bəzədilmiş fasadı Luvr həyətinin qərb tərəfində dominantlıq təşkil edir. Crédit Lyonnais bankının baş ofis binasının memarlığı Saat pavilyonunun təsiri altında yaradılmışdır.
Saat qurşağı
Saat qurşağı — Yerin müəyyən hissəsində uyğun qanuna əsasən təyin olunmuş xüsusi zaman qurşağı. Yer öz oxu ətrafında fırlandığından qütblər istisna olmaqla şimaldan cənuba uzanan meridian üzərində olan bütün nöqtələr qərbdən şərqə doğru fırlanaraq səmada dairə cızırlar. Nəticədə gecə-gündüz yaranır. Yer kürə formasında olduğundan Günəş şüaları onun bütün səthini eyni vaxtda işıqlandıra bilmir. Günəşin işıqlandırdığı hissədə gündüz, qaranlıqda qalan hissədə isə gecə olur və Yerin fırlanması ilə əlaqədar olaraq bu növbələşmə ardıcıl olaraq davam edərək gecə-gündüzü əmələ gətirir. Bu səbəblərdən Yer səthinin müxtəlif hissələrində saatlar müxtəlif zamanı göstərir. Hər bir qurşaq daxilində vaxt onun mərkəzindən keçən meridiana görə hesablanır və bütün qurşağa aid edilir. Bu vaxt qurşaq vaxtı adlanır. Eyni meridian üzərindəki məntəqələrdə vaxt eyni olur və yerli vaxt adlanır. 0-cı (24-cü) saat qurşağı Qrinviç meridianından başlanır.
Zəngli saat
Zəngli saat — müəyyən edilmiş zamanda səs və ya işıq effekti ilə vaxtı bildirən mexaniki saat. Zəngli saat həmçinin taymer rolunu da oynaya bilər. Mexaniki Zəngli saatı 1787-ci ildə amerikalı Levi Xatçins ixtira edib.
Ağıllı saat
Ağıllı saat — saat formasında olan geyinilə bilən kompüter. Müasir ağıllı saatlar gündəlik istifadə üçün yerli sensor ekran interfeysini təmin edir, əlaqəli smartfon tətbiqi isə uzunmüddətli biomonitorinq kimi idarəetmə və telemetriyanı təmin edir. İlk modellər hesablama, rəqəmsal vaxtın göstərilməsi, tərcümə və oyun oynamaq kimi əsas vəzifələri yerinə yetirə bilsə də, 2015-ci ildən sonra buraxılan ağıllı saatlar mobil tətbiqlər, mobil əməliyyat sistemi və Wi-Fi/Bluetooth bağlantısı daxil olmaqla smartfonlara bənzər ümumi funksionallığa sahib olmağa başladı. Bəzi ağıllı saatlar FM-radio və Bluetooth qulaqlıq vasitəsilə rəqəmsal audio və video faylları oxutmaqla portativ media pleyer kimi fəaliyyət göstərə bilir. Saat telefonları (və ya telefon saatları) adlanan bəzi modellər telefon zəngləri etmək kimi mobil şəbəkə funksiyalarına sahibdir. Daxili avadanlıqları fərqli olsa da əksəriyyətində arxa işıqlı LCD və ya OLED olan elektron vizual displey mövcuddur. Bəziləri daha az enerji sərf etmək üçün transflektiv və ya elektron kağızdan istifadə edir. Adətən yenidən doldurula bilən lityum-ion batareya ilə təchiz edilirlər. Periferik cihazlara rəqəmsal kamera, termometr, akselerometr, addımölçən, ürək döyüntüsünü ölçən cihaz, altimetr, barometr, kompas, naviqasiya cihazı, kiçik səsucaldanlar və əksər kompüterlər tərəfindən yaddaş qurğusu kimi tanınan SD kartlar daxil ola bilər. Proqram təminatına rəqəmsal xəritə, zamanlayıcı və gündəlik, kalkulyator və müxtəlif növ saat üzlükləri daxil ola bilər.
127 saat
127 saat (ing. 127 Hours) — əvvəllər "Xarabalıqdan çıxmış milyonçu" filmində birlikdə işləmiş Denni Boyl və ssenarist Simon Bofoyun rejissorluğu ilə çəkilmiş bədii film. Film Ralstonun "Qaya ilə sərt yer arasında" (ing. Between a Rock and a Hard Place) kitabına əsaslanır. Film 5 noyabr 2010-cu ildə ABŞ kinoteatrlarında nümayiş olunmuşdur. Film 2003-cü ildə əli 300 kq-dan çox çəkisi olan qayada ilişdikdən sonra təxminən altı gün dağ yarığında qalan alpinist və kanyon tədqiqatçısı Aron Ralstonun əsl həyat hekayəsindən bəhs edir. Səfərə çıxmazdan əvvəl o, hara getdiyini heç kimə deməmişdi. Yanında olan az miqdarda su və yemək qurtardıqda əlini amputasiya etmiş, bunun sayəsində kanyondan çıxa bilmişdi və xilasedici helikopterə zəng edərək turistləri tapa bilmişdi.
Pik saat
Pik saat — günün yollarda tıxacın və ictimai nəqliyyatda sıxlığın ən yüksək olduğu hissəsi. Normalda bu, hər iş günü ərzində iki dəfə, səhər və axşam, əsasən insanların çoxunun işə gedib-gəldiyi getdiyi vaxtlarda baş verir. Termin tez-tez bir saatdan çox davam edə bilən pik tıxac dövrü üçün istifadə olunur. İnternetin pik saatı termini buna bənzədilərək məlumat şəbəkəsinin pik istifadə dövrlərini təsvir etmək üçün istifadə edilmişdir ki, bu da gecikmələrə və məlumat paketlərinin daha yavaş çatdırılmasına səbəb olur. Bu ad bəzən yanlış adlandırılır, çünki pik saat adətən bir saatdan çox davam edir və "pik" onun sürəti yox, trafikin həcmidir. Pik saat ölkədən, şəhərdə, bölgədən və mövsümdən asılı olaraq dəyişə bilər. İctimai nəqliyyatın tezliyi adətən pik saatlarda daha yüksək olur və adətən daha uzun qatarlar və ya daha böyük nəqliyyat vasitələri istifadə olunur.